İranın təhlükəsizlik orqanları Tehranın “Persepolis” futbol klubunun rəsmilərinə etirazlara dəstək verdiyi üçün komandanın baş məşqçi köməkçisi Kərim Baqirini vəzifəsindən uzaqlaşdırmağı tələb edib.
İranın futbol üzrə milli komandasının keçmiş üzvü və İran futbolunun tanınmış simalarından olan Kərim Baqiri yerli mediaya müsahibəsində klubla müqaviləsinin olmadığını və klubdan yeni müqavilə təklif edilmədiyini bildirib: “Əməkdaşlığı davam etdirmək istəmirlərsə problem yoxdur. Hər halda hər şey gəlir və gedir. Mən əbədi olaraq “Persepolis”də qalmayacağam.
İrandakı son etirazlardan sonra Baqiri dəfələrlə “Instaqram”da paylaşım edərək hökuməti tənqid etmişdi.
“Bu çətin günlərdə mən və həmkarlarım xalqa aid olduğumuz üçün onların yanında olmağa borcluyuq”, - etirazların əvvəlində paylaşdığı postda deyilirdi.
Fevral ayında Baqiri insanları Xoy zəlzələsi qurbanlarına ianə verməyə çağırdığı üçün məhkəmə onun bank hesabını bağlamışdı.