İranda casusluqda ittiham olunan Almaniya vətəndaşı bəraət alıb

İranda casusluq ittihamı ilə saxlanılan fransaəsilli Almaniya vətəndaşı Jan Pirlo Monterelles bəraət alıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verir.

Məlumata görə, o bu yaxınlarda baş verən 12 günlük İsrail-İran müharibəsi zamanı həbs olunub və barəsindəki cinayət işinə Bəndər Abbas Şəhər İnqilab Məhkəməsində baxılıb.

Məhkəmənin qərarı ilə Monterellesin casusluq ittihamı üzrə təqsirsiz olduğuna qərar verilib. Bununla belə, hüquqi prosedurlara əsasən, prokurorun həmin qərardan apellyasiya şikayəti vermək hüququ olduğu bildirilir.