Amerika mediasının gündəmində Hizbullahın narkotik pullarını Yaxın Şərqdə "yuyaraq" oradan narkokartellərə göndərməsi müzakirə olunur.
Araşdırmanı "Günəşlər Karteli" ilə bağlı təhqiqat dərc etdirən Amerika düşüncə mərkəzi olan “Insight Crime” ortaya qoyub.
Həmçinin, ABŞ rəsmiləri deyirlər ki, “Tren de Araqua” transmilli kriminal təşkilatı uzun müddət Hizbullahla əməkdaşlıq edərək kokain daşımaqda ittiham olunan Venesuela hərbi elitalarına bağlı şəbəkə olan “Günəş Karteli” ilə sıx əməkdaşlıq edir.
ABŞ Dövlət Departamentinin sözçüsü Anna Kelli “Fox News Digital”a bildirib ki, "Prezident Tramp Hizbullah kimi İranın terrorçu rıçaqlarını məhdudlaşdırmaq üçün yüksək vəzifəli məmurlara və maliyyə yardımçılarına sanksiya tətbiq etmək kimi çoxsaylı tədbirlər görüb. Prezident göstərdi ki, amerikalıların ölməsi üçün narkotik maddələrin qaçaqmalçılığı ilə ölkəmizin milli təhlükəsizliyini təhdid edən istənilən terror qruplaşmasına cavab verəcək".
Təqaüddə olan DEA xüsusi agenti Brayan Taunsend isə “Fox News Digital”a deyib ki, "Bu, narkotik terrorçularına qarşı həlledici zərbə idi". O həmçinin qeyd edib ki, Hizbullahın rolu çox sezilməsə də çox vacibdir: "Onlar əllərini çirkə batırmırlar. Bunun əvəzinə, onlar pulları yuyulur və kartellərə Yaxın Şərqdən pul göndərməyə kömək etmək üçün şəbəkələr qururlar. Sadə dildə desək, daha sonra Yaxın Şərqdəki əməliyyatlarını maliyyələşdirmək üçün narkoticarətdən öz paylarını alırlar”.
Taunsend əlavə edib ki, Hizbullah "Tren de Araqua kimi narkoterror qrupları üçün əsas maliyyə və çirkli pulların yuyulması yuvası"na çevrilib və bu sayədə kokain daşınmasında Hizbullaha bağlı vasitəçilər çox vaxt gəlirin ən azı bir hissəsini götürürlər.
İsrailin Milli Təhlükəsizlik Araşdırmaları İnstitutunun baş əməkdaşı Danny Sitrinoviç deyir ki, Hizbullahın əhatə dairəsi bölgədəki Livan diasporundan çox asılıdır.
“Mərkəzi və Cənubi Amerikadakı şiə diasporunun əksəriyyəti livanlıdır. Hizbullah diasporla İran arasında zəncirdir”, Sitrinoviç “Fox News Digital”ə deyib.
Sitrinoviç bildirib ki, qruplaşma Latın Amerikası boyunca təsirini gücləndirmək üçün ailə bağları, dil və icma institutlarından istifadə edir: “Onlar imamlar təyin edir, dini mərkəzləri maliyyələşdirir və təhsil proqramlarını nəzarətdə saxlayırılar... bu şəbəkələr vasitəsilə Hizbullah yerli kartellərlə əlaqə saxlaya, narkotik sata və əldə edilən gəliri mürəkkəb sxemlərlə Livana qaytara bilər”.
Onun sözlərinə görə, bu bağlayıcı rolu Hizbullahı İranın Qərb yarımkürəsindəki strategiyası üçün əvəzsiz edir. “Əlaqə ümumən Qərbə, konkret olaraq ABŞ-a qarşı düşmənçiliklə başlayır və bitir. Maduro orada olduğu müddətdə iranlılar da orada olacaq. Amma Maduro getsə, İran Latın Amerikasındakı fəaliyyətinin ən mühüm qalasını itirəcək".
Taunsend bildirib ki, tərəfdaşlıq hər iki tərəf üçün işləyir: "İranın Maduro ilə tərəfdaşlığı Hizbullaha Venesuelada fəaliyyət göstərməyə imkan verir. İran məsuliyyətə cəlb olunmadan Hizbullah vasitəsilə Qərbdə təhlükəsiz fəaliyyət göstərə bilir və Maduro ilə onun məmurları yaxşı pul qazanırlar. İran Maduronu istifadə və istismar edir. Maduronun vecinə deyil - o və dostları maddi gəlir əldə edirlər. Maduro və Çavezin dövründə Venesuela Kolumbiya kokainin əsas daşınma mərkəzinə çevrilib. ABŞ-ın əlində yüksək rütbəli hökumət məmurlarını birbaşa dövlət infrastrukturundan - limanlardan, hava bazalarından, hətta hərbi konvoylardan - kütləvi kokain daşınması üçün istifadə ilə əlaqələndirən bir neçə ittiham aktı var. Günəş Kartelini Venesuelanın yüksək rütbəli hərbi zabitləri idarə edir və qoruyur”, ekspert deyir. Sitrinoviç İranın Venesuelanın güc strukturlarına sərmayə qoyduğunu vurğulayıb: “Təkmilləşdirmə bir neçə aspektlə nümayiş etdirilir: ilk növbədə hərbi əməkdaşlıq, xüsusən də İranın Venesuela ordusu üçün PUA-lar istehsal edən fabrikləri və Qüds Qüvvələrinin İrandan Afrika vasitəsilə Venesuelaya davamlı uçuşları. İran Venesuelaya da sanksiyalardan yan keçməyi öyrədir və iqtisadiyyata milyardlarla sərmayə qoyub”.
Ekspertlər deyirlər ki, Vaşinqtonun ən yaxşı rıçaqı maliyyəni boğmaqdadır: "Biz bu maliyyə şəbəkələrini aqressiv şəkildə hədəfə almalıyıq və boğmalıyıq. Prioritet maliyyə və logistika şəbəkələrinə hücum etmək, bacardığımız hər kəsi ittiham etmək və Maduroya təzyiq etməkdir. Əgər maliyyə damarlarını kəsə bilsək, kokain daşımaq o qədər də sərfəli olmayacaq."
Sitrinoviç deyir ki, “ABŞ Maduronu zəiflətməklə İranın Latın Amerikasındakı mövcudluğunu zəiflədir və İranın ABŞ torpaqlarını təhdid etmək qabiliyyətini zəiflədir. Venesuelanı zəiflətməyin ən yaxşı yolu İranın oradakı varlığını hədəf almaqdır”.
Stopnarkotik.az