İran narkotik axınını dayandırmaq üçün sərhədə hasar çəkir - NÖVBƏTİ MƏRHƏLƏDƏ İSƏ...

İran hakimiyyəti təhlükəsizlik risklərini azaltmaq üçün şərq sərhədlərində hasarlar çəkməyə başlayıb.

Bu barədə İRNA məlumat yayıb.

"Hərbi və təhlükəsizlik məsələlərinə görə, ən problemli ərazilər Pakistan və Əfqanıstanla sərhədlərdir. İrana narkotik axınının 80%-i buradan gəlir", - briqada generalı Əhməd Əli Qudarzi deyib.

O izah edib ki, layihənin məqsədi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə yanaşı, yanacaq və digər məhsulların qaçaqmalçılığının qarşısını almaq, qeyri-qanuni miqrasiyaya qarşı mübarizə aparmaqdır.

Onun sözlərinə görə, artıq Sistan və Bəlucistan, Rəzəvi Xorasan əyalətlərində divarların tikintisinə başlanılıb. O qeyd edib ki, növbəti mərhələ qərb sərhədlərinin - İlam, Kürdüstan və Qərbi Azərbaycan əyalətlərində sədlərin möhkəmləndirilməsi olacaq.