Bu barədə "The Jerusalem Post" nəşri xəbər verir.
Nəşr öz mənbələrinə istinadla yazır ki, Tehran bu iki dövlətdən nüvə razılaşması üzrə dialoqa qayıtmaqda kömək istəyir.
Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İranın nüvə proqramını hədəf alan "Yüksələn aslan" əməliyyatına başlayıb. İslam Respublikası buna cavab olaraq, iyunun 13-ü axşam və 14-nə keçən gecə İsraildəki onlarla hədəfə, o cümlədən hərbi obyektlər və hava bazalarına raket zərbələri endirib.
İsrail və İran iyunun 14-ü və 15-nə keçən gecə yenidən qarşılıqlı zərbələr endiriblər. Hücumlar nəticəsində hər iki tərəf ölənlərin və yaralıların olduğunu bildirib.