İnsan alveri ilə bağlı 12 nəfər barəsində hökm çıxarıldı

İnsan alveri cinayətləri ilə bağlı keçən il məsuliyyətə cəlb olunan 15 şəxsdən (13-ü qadın, 2-i kişi) 12-i barədə məhkəmələr tərəfindən ittiham hökmü çıxarılıb. 

Stopnarkotik.az xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılan “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nda yer alıb. 

Qeyd edilib ki, məhkəmələr tərəfindən ittiham hökmü çıxarılmış 12 (-1) nəfərdən 9-u 7 ildən 10 ilədək, bir nəfər 3 il müddətinə azadlıqdan məhrumetmə və bir nəfər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub, daha bir şəxsin cəzası himayəsində olan uşağı 14 yaşa çatanadək təxirə salınıb. 
Axtarışda olan 23 (-3) təqsirləndirilən şəxsdən 9-u tutulub, 14 nəfərin axtarışı davam etdirilir.