“Narkotikdən xilas olmaq üçün məni falçıya kimi aparıblar...”
“Nə istəmişəmsə, ona da nail ola bilmişəm”
Nicat 2013-cü ildə “İlin ən yaxşı tələbəsi” seçilib. Cüdo idman növü üzrə ölkə üçüncüsü, Sumqayıt və Bakı çempionudur. Bu sahədəki uğurlarına görə, mərhum idman və gənclər naziri Azad Rəhimov tərəfindən şəxsən mükafatla təltif olunub.
Lakin bütün bunlardan sonra o, narkotik asılısına çevrilib və uzun illər bu bəladan xilas ola bilməyib. Özünün dediyinə görə, bu məqsədlə onu falçıya da aparıblar, ancaq heç bir xeyri olmayıb.
Nəhayət, “Qurtuluş” Reabilitasiya Mərkəzində müalicə olunan Nicat 2 ildən çoxdur ki, narkotik asılılığından xilas ola bilib. Hazırda da kimyəvi asılılıq üzrə aparıcı mütəxəssis olaraq “Qurtuluş” Reablitasiya Mərkəzinin filiallarından birinə rəhbərlik edir və öz təcrübəsini narkomanlarla bölüşür, onların da sağalmasına töhfə verməyə çalışır.
Ehtiyatda olan zabit, bir müddət hüquq sahəsində çalışan Nicat öz həyatını Stopnarkotik.az saytına danışıb. Onunla müsahibəni saat 10:30-da izləyə bilərsiniz.
Stopnarkotik.az