İki ton narkotik qanunsuz dövriyyədən çıxarıldı və yandırıldı

Qazaxıstanın Jambil rayonunda iki ton narkotik vasitə müsadirə edilib. Stopnarkotik.az bu barədə Qazaxıstanın "Orda" saytına istinadla bildirir. 

Qazaxıstanın Jambil rayonunda narkomaniyaya qarşı mübarizə üzrə respublika aylığının yekunları haqda məruzəyə görə, bu günədək rayonda 281 narkotik cinayəti qeydə alınıb, onlardan 172-si cinayət tərkiblidir. Məruzəyə görə, ümumilikdə 2 ton narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. “Narkomaniyasız gələcək” aksiyası zamanı polislər qanunsuz dövriyyədən götürülmüş narkotikləri yandırıblar.

Stopnarkotik.az