HƏDƏ-QORXU İLƏ PUL TƏLƏB EDƏN KEÇMİŞ MƏHKUM SAXLANILDI - Nəsimidə daha bir nəfər ələ keçdi

Oktyabrın 25-i saat 03 radələrində Nəsimi rayonu ərazisində naməlum şəxslərin paytaxt sakini olan bir nəfəri döyüb 50 manatını əlindən alması barədə polisə məlumat daxil olub. 

Stopnarkotik.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən A.Bəhmanov, H.Nurullayev və Ə.Kərimov tutulublar.  

Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən digər bir əməliyyat zamanı paytaxt sakini olan daha bir nəfərdən hədə-qorxu ilə pul tələb edən Ə.Hüseynov və əvvəllər məhkum olunmuş H.Yasinov saxlanılıblar. 

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Stopnarkotik.az