Türkiyənin xarici işlər naziri Hakan Fidan ona qarşı sui-qəsd edildiyini ilk dəfə açıqlayıb.
Stopnarkotik.az bu barədə Türkiyə mediasına istinadən xəbər verir.
“Həyatıma qəsd olub, mən 4-5 il əvvəl arsen və civə ilə güclü zəhərlənmişəm”, deyə nazir bildirib.
Xatırladaq ki, o zaman Hakan Fidan Türkiyənin milli kəşfiyyat təşkilatı MİT-in rəhbəri vəzifəsini tuturdu.