Hacıqabul sakini iş yerində günurmadan ölüb.
Stopnarkotik.az xəbər verir ki, hadisə Hacıqabul rayonunun Meyniman kəndində qeydə alınıb.
Fermalardan birində işləyən Hacıqabul rayonunun Talış kənd sakini günvurmadan elə iş yerində ölüb. Meyit Şirvan morqunda müayinə edilib.
Qeyd edək ki, bu gün Hacıqabulda günvurmadan ölən ikinci şəxsdi.
Bundan əvvəl daha bir şəhər sakini yaşadığı evin həyətində günvurmadan ölüb.
Faktla bağlı araşdırma aparılır.