Gürcüstanda narkotik siyasətində köklü dəyişikliklər gedir. Bu dəyişiklilər çərçivəsində özəl Metadon proqramlarının bağlanması və dövlət proqramlarının şəhərdən kənara çıxarılması nəzərdə tutulur.
Stopnarkotik.az xəbər verir ki, Gürcüstanda narkosiyasət sahəsində sərtləşmə islahatı elan edilib. Bu islahat çərçivəsində özəl şirkətlərin əvəzedici terapiya (OST) proqramları məhdudlaşacaq. Əsas dəyişiklik odur ki, bu istiqamətdə bütün kommersiya proqramları 2025-ci il avqustun 15-dən məcburi şəkildə bağlanacaq. Özəl klinikalarda 3000 nəfərə qədər xəstənin əvvəlcədən məsləhətləşmədən dövlət müəssisələrinə köçürülməsi planlaşdırılır.
Eyni zamanda, 15000 xəstəyə xidmət göstərən bütün dövlət əvəzedici proqramlarının şəhərlərdən kənara köçürülməsi barədə qərar qəbul edildi.
Səhiyyə naziri Mixeil Sarjveladzenin sözlərinə görə, bu addım “cəmiyyətin bu insanları təcrid etmək tələbinə” cavab olaraq atılıb.
Şöbə müdiri bildirib ki, Gürcüstanda “Zərərin azaldılması proqramı” “özünü doğrultmayıb” və əsas diqqət asılılıqdan “tam sağalmağa” yönələcək.
İcma nümayəndələri ilə görüşdə nazir risklərlə bağlı bütün arqumentləri və layihənin sınaqdan keçirilməsi təklifini rədd edərək, “sərt davranmağın” zəruriliyini bildirib.
Nazirlik etiraf edir ki, bəzi xəstələr dövlət proqramlarında məxfiliklə bağlı narahatlıqlar səbəbindən küçə narkotiklərinə qayıda bilər, lakin belə hallara görə məsuliyyət daşımır.
İclasdan sonra ekspertlər nəticələri kəskin mənfi qiymətləndirirlər. Gözlənilir ki, islahatlar dəstək terapiyanın qısaldılmasına və onun detoksifikasiya proqramları ilə əvəzlənməsinə gətirib çıxaracaq ki, bu da minlərlə insanın sağlamlığını və həyatını riskə atacaq.
Stopnarkotik.az