“Gürcüstanda iğtişaşlar qaçılmazdır” - BRİTANİYA NƏŞRİ

Sabah Gürcüstanda keçiriləcək parlament seçkisi regionla maraqlanan bütün dünya KİV-lərinin diqqət mərkəzindədir. 

Britaniyanın “Financial Times” nəşrinin yazdığına görə, Gürcüstanda parlament seçkilərindən sonra toqquşmalar və iğtişaşlar “demək olar ki, qaçılmazdır”. 

Qəzet bunu onunla əsaslandırır ki, həm hökumət, həm də müxalifət çox radikal görünür və birmənalı olaraq qələbə gözləyir: "Həm hökumət, həm də müxalifət alyansı qələbə yolunda olduqlarını deyirlər, nəticədə toqquşma qaçılmazdır".

Qeyd edək ki, artıq həm hakimiyyət, həm də müxalifət tərəfi bir-birini təxribatlar hazırlamaqda ittiham edir. Müxalifətin tərəfini tutan Prezident Salome Zurabişvili isə hakim “Gürcü arzusu” qalib gələcəyi halda, böyük ehtimalla həbs ediləcəyini deyib.