"Gürcü arzusu" partiyasında dava: keçmiş baş nazir xəstəxanalıq oldu

Gürcüstanın keçmiş Baş naziri, indiki “Gürcü Arzusu”nun sədri İrakli Qaribaşvili ciddi xəsarətlərlə Tbilisidəki Amerikan xəstəxanasına yerləşdirilib.

Bu barədə gürcü mediası məlumat yayıb.

İddialara görə, "Gürcü arzusu" partiyasında dava düşüb və baş vermiş insidentdə Qaribaşvili ciddi yaralanıb.

Mənbənin verdiyi məlumata görə, travmatologiya şöbəsinə yerləşdirilən İrakli Qaribaşvilinin vəziyyəti stabildir./musavat.com