“Gözümü açdım ki, həyat yoldaşımla “mal” çəkirəm” – 21 yaşlı Nərminin həyat hekayəsi

“Narkotikə görə üzünə baxmaq istəmədiyim insanla yatmağa məcbur idim”

16 yaşından narkotik istifadə edən Nərminin hazırda 21 yaşı var. 1 il 6 aydır “ayıq” olan müsahibimiz deyir ki, 3 il ağır narkotik istifadəçisi olub. Onun sözlərinə görə, 16 yaşından valideynləri ayrıldıqdan sonra, ilk öncə siqaret çəkməyə başlayıb. Daha sonra, özünün təbirincə desək, “patı” istifadə edib.

O, narkoman olmasına görə, valideynlərini ittiham edib. “Valideynlərimi günahlandırırdım ki, məni ərköyün böyütdüyünüz üçün narkotik istifadə etdim”, - deyən Nərmin narkomanla 17 yaşında ailə həyatı qurmasında da ilk öncə anasını ittiaham edib: “Həmişə anamı günahlandırmışam ki, sən məni sıxmasaydın, qaçıb gedib narkoman biri ilə ailə qurmazdım”.

Nərmin deyir ki, narkotikə meyl etməsində qohumunun da təsiri olub: “Qohumum narkotik istifadə edirdi, məndə də maraq yarandı”.

Müsahibimiz deyir ki, özünə “mal” ala bilmək üçün bir müddət narkotik satışı ilə də məşğul olmağa başlayıb. Polis bundan xəbər tutduğundan, barəsində axtarış elan edilib. Lakin bu müddət ərzində polisə yaxalanmasa da özü yaşadığı həyatdan bezib və narkotikdən xilas olmağı qarşısına məqsəd qoyub.

Buyurun, Nərminin həyat hekayəsini onun öz dilindən eşidin.

Müsahibədən bəzi sitatlar:

“Gözümü açdım ki, həyat yoldaşımla “mal” çəkirəm”

“Həyat yoldaşım məni “mal” dalınca göndərirdi...”

“Xoşbəxt olmaq üçün hər yola əl atırdım...”

“Yoldaşımdan ayrıldıqdan sonra ən ağır narkotikləri istifadə etməyə başladım”

““Mal” tapmaq üçün hər yola əl atırdım... Sonra özüm narkotik satmağa başladım”

“Bir də gözümü açdım ki, narkomanam”

“Narkotik “bunu eləmərəm” dediklərini insana elətdirir”

“Polis bilirdi ki, mən “mal” satıram...”

Stopnarkotik.az