Goranboyda ev qarət olunub.
Stopnarkotik.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, rayon ərazisindəki evlərin birindən pul və 3800 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Goranboy rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən D.Ələkbərova saxlanılıb.
Araşdırma aparılır.