Gömrükdə "kokainli qızılgüllər" ələ keçirildi - VİDEO

Rusiya gömrükçüləri Ekvadordan gələn qızılgüllərin tərkibində 15,6 kq-dan çox kokain aşkar ediblər. 

Stopnarkotik.az xəbər verir ki, Rusiya Federal Gömrük Xidmətinin Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin və Mərkəzi Operativ Gömrük Xidmətinin əməkdaşları Ekvadordan gətirilən güllərin tərkibində narkotik vasitə aşkar ediblər. Müsadirə edilən narkotiklərin qara bazarda dəyəri təxminən 200 milyon rus rubludur.

Yükü qəbul edən şəxsin Kolumbiya vətəndaşı olduğu üzə çıxıb və o, daşıyıcılarının göstərişi ilə Moskva vilayətində icarəyə götürdüyü qarajda gül qutularını gizlədib. Orada onun kirayədə yaşadığı mənzilə baxış zamanı 8 bağlama kokain götürülüb.

Stopnarkotik.az