Gəncə Şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər ərazisindəki mağazaların birindən ümumilikdə 2 000 manatdan artıq nağd pul, tütün məmulatları və orada quraşdırılan ödəmə terminalının kassasını oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş P.Bayramov saxlanılıb.
Stopnarkotik.az-ın məlumatına görə, bundan başqa saxlanılan şəxsin Gəncə şəhərində digər anoloji cinayətlər törətdiyi də məlum olub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.