Gəncədə bıçaqlanma hadisəsi baş verib.
Hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb. 2000-ci il təvəllüdlü Sürəyya Abbasova baş nahiyyəsindən bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Ona tibbi yardım edilib, vəziyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Qadının keçmiş həyat yoldaşı tərəfindən bıçaqlandığı bildirilir./apa