Gəncə Apellyasiya Məhkəməsində 17 yaşlı oğlanı qətlə yetirməkdə təqsirləndirilən Azər Mövsümovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, zərərçəkmiş şəxsin hüquqi varisinin apellyasiya şikayəti və dövlət ittihamçısı apellyasiya protesti təmin edilməyib. Təqsirləndirilən şəxsin isə apellyasiya şikayəti qismən təmin olunub, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib. Belə ki, Azər Mövsümovun əməli Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsindən həmin Məcəllənin 120.1-ci maddəsinə tövsif edilib və o, 13 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Qeyd: Hadisə 19 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində Gəncə şəhərində yerləşən “Rəvan” adlı kafenin qarşısında qeydə alınıb.
ttihama görə, 1984-cü il təvəllüdlü Azər Mövsümov bıçaqla 2005-ci il təvəllüdlü Həsən Novruzova xəsarət yetirib. Nəticədə o, aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər Mövsümova Cinayət Məcəlləsinin 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə elan edilən ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyi üçün bəraət verilmişdi. Həmçinin, o, həmin Məcəllənin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 17 il müddətə azadlıqdan məhrum edilmişdi./pravda.az