Generalın həbsdən çıxan bacısı oğluna vəzifə verildi - RÜŞVƏTƏ GÖRƏ HƏBS EDİLMİŞDİ

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Stomatoloji Klinikasına yeni direktor təyin olunub.

Bu barədə universitetdən məlumat verilib.

Belə ki, Səhiyyə naziri Teymur Musayevin əmri ilə bu vəzifəyə İmran Ağayev təyinat alıb.İmran Ağayev bundan əvvəl klinikada baş həkim vəzifəsində çalışıb.

Yeni rəhbəri kollektivə ATU-nun rektoru, professor Gəray Gəraybəyli təqdim edib.

Qeyd edək ki, İ.Ağayev fövqəladə hallar nazirinin müavini general-leytenant Faiq Tağızadənin bacısı oğludur. O, daha əvvəllər Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Modul Tipli Hospitalının baş həkimi vəzifəsində çalışıb. 

O, 2021-ci ildə rüşvət almaqda ittiham olunaraq həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İmran Ağayev 8 il 3 ay müddətə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun cəzasını dörd ilə, Ali Məhkəmə isə üç ilə endirib. Beləliklə, 2023-cü il aprelin 22-də onun cəza müddətinin üçdəiki hissəsi tamam olub və İmran Ağayev azadlığa buraxılıb./azpolitika.info