Fransada iğtişaşlar: 150 nəfər saxlanıldı - YENİLƏNİB

Parisdə baş verən iğtişaşlar zamanı saxlanılanların sayı 150-yə çatıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Geral Darmanin bildirib.

Daxili işlər nazirinin sözlərinə görə, ölkə daxilində ən azı 150 nəfər həbs edilib, bir neçə ictimai bina yandırılıb və ya hücum edilib.

Fransa prezidenti vəziyyətlə əlaqədar bu gün səhər böhran iclası çağırıb.

İclasda Makron dövlət qurumlarına edilən hücumları pisləyib.

***08:54

Yeniyetmənin polis tərəfindən öldürülməsinə görə bu gecə Parisdə baş verən iğtişaşlar zamanı 80 nəfər saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Paris polisinə istinadən “Le Figaro” qəzeti məlumat yayıb.

İğtişaşçılar Pablo Pikassonun muzeyinə, Sena çayının cənub sahilində yerləşən polis bölməsinə və iş yerlərinə soxulmağa cəhd ediblər.

Etiraz aksiyaları paytaxtla yanaşı bir neçə böyük şəhərdə də keçirilib.