Fransa Atlantik okeanı sahilində yerləşən Fransa Qvianasında maksimum təhlükəsizliklə qorunan, təcridin yüksək səviyyədə olduğu həbsxana tikmək fikrindədir. Amma bu plan ərazinin yerli məmurlarını qəzəbləndirir. Çünki Fransa, Fransa Qvianasında planlaşdırdığı yeni həbsxananı narkotacirlər və terrorçular üçün tikmək istəyir.
Narkotacirlər üçün tikilən sərt rejimli yüksək təhlükəziliklə və təcridlə qorunan yeni həbsxana planı 2017-ci ildə elan edilib. 450 milyon dollara başa gələcək həbsxananın tikintisi 2028-ci ilə qədər tamamlanacaq, orada 500 məhbus olacaq. Həbsxana Surinamla həmsərhəd olan Sen -Loran-du-Maroni şəhərində tikiləcək.
Fransanın ədliyyə naziri Jerald Darmanin şənbə günü Fransa Qvianasına rəsmi səfəri zamanı yüksək təhlükəsizlik standratlarında olan həbsxananı tikmək planlarını açıqlayıb. O, Facebookdakı paylaşımında bildirib ki, yeni binanın 60 yerindən 15-i terrorçular üçün ayrılacaq.
Maraqlıdır ki, burada yerləşən keçmiş həbsxanaya 1800-cü illərdə III Napoleon tərəfindən göndərilən məhbuslar saxlanılırmış. O zaman məhbuslardan bəziləri Fransız Qvianasının sahillərindəki məşhur Şeytan adasındakı həbsxanaya göndərilirmiş.
Fransanın həftəlik “Le Journal du Dimanche” qəzeti ədliyyə naziri Darmaninə istinadla yazır ki, həbsxana narkotiklə bağlı şübhəli şəxslərin cinayət şəbəkələri ilə əlaqə saxlamasının qarşısını almaq məqsədi daşıyır.
"Biz getdikcə daha çox narkoticarət şəbəkələrinin olduğunu görürük. Buna qarşı tədbiri görməliyik”, deyə nazir Fransa Qvianasında jurnalistlərə deyib. Fransa mətbuatı Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, yeni həbsxanaya ilk növbədə Fransız Qvianasından və Fransa Karib hövzəsi ərazilərindən narkoticarətdə ittiham olunan məhkumlar göndəriləcək.
“Şeytan adası”nda yerləşən keçmiş həbsxana vaxtilə casusluqda günahlandırılan ordu kapitanı Alfred Dreyfus da daxil olmaqla, fransız siyasi məhbuslarının saxlanması ilə məşhur olan bədnam koloniya olub.
Dreyfusun saxlandığı həbsxana bir əsr ərzində fəaliyyət göstərib və onun haqqında fransızcada bestseller olan "Kəpənək" əsəri yazılıb, onun əsasında iki film çəkilib.
Fransız Qvianasının yerli əhalisi və məmurları isə bildirirlər ki, bu qərar ərazidə cinyətkarlığı artıracaq, asayışı, sakitliyi pozacaq.
Stopnarkotik.az