FETÖ-yə qarşı növbəti əməliyyat: ONLARLA ŞƏXS HƏBS EDİLDİ

Ankara Cümhuriyyət Baş Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu tərəfindən aparılan istintaq çərçivəsində FETÖ/PDY silahlı terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib.

Syopnatkotik.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat çərçivədə, təşkilat tərəfindən “məsul şəxs” kimi təyin edilmiş və həmin şəxslərdən 20-si hələ də müxtəlif dövlət qurumlarında aktiv çalışan 38 şübhəli şəxs həbs edilib.

Digər şübhəlilərin tutulması və Baş Prokurorluğa təhvil verilməsi istiqamətində Ankara İl Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.