Ermənistanda icma rəhbəri və polis məmuru öldürüldü

Ermənistan Daxili İşlər Nazirliyinin (DİN) əməliyyatçısı Karen Abramyan Parakar icmasının rəhbəri Volodya Qriqoryanla birlikdə öldürülüb.

Bu barədə Ermənistan DİN məlumat yayıb.

Bundan əvvəl DİN-in Mətbuat Xidməti məlumat vermişdi ki, Merdzavanda Parakar icmasının rəhbəri Volodya Qriqoryan və onun dostu öldürülüblər.

Hadisə nəticəsində daha bir nəfər - Artsrun Qalstyan yaralanıb və hazırda əməliyyat olunur.