Ekvadorda prezidentliyə namizədi öldürməyə görə 6 nəfər həbs edildi

Ekvadorda məhkəmə prezidentliyə namizəd Fernando Villavisensionun qətlində şübhəli bilinən 6 nəfəri istintaq tamamlamadan həbs edib.

Stopnarkotik.az xarici KİV-ə  istinadən xəbər verir ki, bu barədə Ekvadorun baş prokuroru məlumat yayıb.

“Ekvador prokurorluğunun təqdim etdiyi sübutlara əsasən, məhkəmə qətldə təqsirləndirilən 6 nəfərin müvəqqəti həbsinə qərar verib”, - məlumatda deyilir.

Bildirilib ki, prokurorluq araşdırması 30 gün davam edəcək.

Qeyd edək ki, Ekvador prezidentliyinə namizəd avqustun 9-da ölkənin paytaxtı Kitoda seçki mitinqindən sonra təhsil müəssisəsinin binasını tərk edərkən güllələnib.