Avqustun 9-da sui-qəsd nəticəsində prezidentliyə namizəd Fernando Vilyavisensionun qətli bir anda Ekvadoru dünya KİV-lərinin gündəminə gətirdi.
Stopnarkotik.az bildirir ki, son illərdə Ekvadorda, xüsusən də narkotik ticarəti boyunca yerləşən Guayakil və Esmeraldas şəhərlərdə zorakılıq kəskin şəkildə artıb.
Prezident Gilyermo Lasso bildirib ki, cinayət açıq şəkildə seçkilərə təxribat cəhdidir, lakin səsvermə planlaşdırıldığı kimi, ölkə fövqəladə vəziyyət şəraitində də olsa, avqustun 20-də keçiriləcək.
Ekvador prezidentliyinə dörd namizəd - Otto Sonnexolsner, Yan Topik, Yaku Peres və Bolivar Armixos - rəqiblərinin öldürülməsi ilə əlaqədar seçki kampaniyalarını dayandırdıqlarını açıqlayıblar.
Amansız qətl Ekvadordakı böhranın son dövrünü vurğulayır, çünki ölkənin mütəşəkkil cinayətkar dəstələri, o cümlədən Meksikalı kartellər və hətta Balkanlı mafiya qrupları gəlirli kokain qaçaqmalçılığı marşrutlarına nəzarət etmək üçün mübarizə aparırlar.
Lakin bu həm də onu əks etdirir ki, dünyanın iki ən böyük kokain ixracatçısı arasında sıxışdırılmış bir ölkədə cinayət və siyasətin necə bir-birinə diffuziya edib və sızıb.
Vilyavisensio korrupsiyanın kökünü kəsəcəyinə və siyasi aktorlarla mütəşəkkil cinayətkarlıq arasında əlaqələri ifşa edəcəyinə söz vermişdi.
ABŞ-dan ölkəyə qayıdan Vilyavisesionun dul arvadı Veronika Saraus dedi ki, "Mənim ərim bu ölkədə siyasi mafiyaya və narkotik alverçilərinə qarşı çıxan yeganə şəxs olduğu üçün öldürüldü".
Ekvadorun ən böyük dəstələrindən biri olan “Los Lobos”un (Qurdlar) nümayəndələri prezidentliyə namizəd Fernando Vilyavisensionun qətlinə görə məsuliyyəti öz üzərinə götürdülər. Bu barədə Kolumbiyanın “Semana” jurnalı məlumat yaydı.
Saatlar sonra internetdə başqa bir video ortaya çıxdı - orada özlərini “Los Lobos” kimi təqdim edən və bu dəfə maskasız və ağ geyimdə bir qrup şəxs qətllə heç bir əlaqəsi olmadığını iddia edərək ortaya çıxdı.
Videoların heç biri nə təkzib edilmədi, nə təsdiq edilmədi.
Villavisensio daha əvvəl həbsdə olan “Choneros” dəstəsinin lideri Xose Adolfo Masias da daxil olmaqla, çoxsaylı ölüm təhdidləri aldığını söylədi.
Ekvador ABŞ və Avropaya gedən Kolumbiya kokain trafiki üçün tədarük zolağına çevrildi, Kolumbiya kokaininin demək olar ki, üçdə biri Cənubi Amerikanı Ekvador limanları vasitəsilə tərk edir. “Qurdlar” – “Los Lobos” Ekvadorda ikinci ən böyük meqa-bandaya çevrildi.
“Los Lobos”un əsas gəlir mənbəyi Meksikalı kartellərin Kolumbiya bandalarından aldığı kokain yükünün Ekvador vasitəsilə daşınmasıdır.
Məlumatlara görə, “Los Lobos” və müttəfiqləri 2016-cı ildən Meksikanın “CJNG” kartelini təhlükəsizlik və silahlarla təmin edir, rəqibləri isə “Choneros” isə “Sinaloa” karteli üçün eyni şeyi edir.
“Choneros”un əsasını qoyanlardan biri 2023-cü ilin martında Kolumbiyada müəmmalı şəraitdə öldürülüb.
Son aylarda Ekvador hakimiyyəti ölkədə kokain emalı laboratoriyalarını ifşa edərək işarə edirdilər ki, “Lobos” kimi meqa dəstələr "mikro kartellər"ə çevrilə bilərlər.
“Lobos” Balkanlı cinayətkar qrupları, xüsusən də albanlarla əlaqələndirilir.
Stopnarkotik.az