Dünyanın ən təhlükəli narkobaronlarından biri olan Otoniel ləqəbli Dairo Antonio Usuqa ABŞ federal hakimi tərəfindən maksimum 45 il həbs cəzasına məhkum edilib. Stopnarkotik.az bildirir ki, məhkəmə Nyu-Yorkda baş tutub.
Otoniel ləqəbli Dairo Antonio Usuqa, Kolumbiyanın şimalında çoxlu ərazilərə nəzarəti saxlamaq üçün ölümcül gücünü işə salan “Gulf Clan” (Körfəz Klanı) silahlı narkokartelinin “gülləbatmaz” patronu idi. O, 2021-ci ildə həbs olunmazdan əvvəl Kolumbiyanın ən çox axtarılan narkotik kralı idi.
ABŞ-ın Kolumbiyadan ekstradisiyasını təmin etmək üçün ömürlük həbs istəməməyə razılaşdı və buna görə 51 yaşlı Usuqa 45 il həbs cəzası gözləyir.
O, yanvar ayında yüksək səviyyəli narkotik ticarəti ittihamı ilə təqsirli olduğunu etiraf edərək, ABŞ-a tonlarla kokainin qaçaqmalçılığını “düz-qoş” etdiyini etiraf edib.
Stopnarkotik.az