Tiflisdə 4 nəfər narkotik cinayətlərində ittiham olunaraq saxlanılıb. Onları 20 ilə qədər həbs gözləyir.
Gürücstanın Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılanlar arasında 18 yaşlı Belarus vətəndaşı da var. 4 nəfərdən ikisi də əvvəllər məhkum olunub.
Şəxsi axtarış və təqsirləndirilən şəxslərin evlərinə baxış zamanı polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsin göstərdiyi yerlərdə maddi sübut kimi satış üçün nəzərdə tutulmuş müxtəlif növ narkotik vasitələr, o cümlədən alfa PVP, amfetamin və metadon götürülüb.
Stopnarkotik.az