"Dəhşətli PARTLAYIŞ görürəm, Allahın qəzəbi təzahür edəcək" - Qorxulu XƏBƏRDARLIQ

"Dünyanı dəhşətli bir partlayış gözləyir".

Stopnarkotik.az publika.az-a istinadən xəbər verir ki, Rusiyada yaşayan, əslən Azərbaycandan olan "Ekstrasenslərin döyüşü" şousunun altıncı mövsümünün finalçısı Zirəddin Rzayev dünyanı böyük bir fəlakətin gözləməsilə bağlı xəbərdarlıq edib.

"Başqasına quyu qazma, özün düşərsən. Bizə yuxarıdan əmanət edilən hər şeyə xəyanət etdik. Acgöz, paxıl və eqoist məxluqlar yer üzünə nifaq, qəddarlıq və viranəlik səpiblər. İnsan nə etdiyini bilmir, amma etdiyi hər əməlin qarşılığını görəcək", - ekstrasens yaxınlaşan dəhşəti bu cür təsvir edib.

O qeyd edib ki, bu partlayış nüvə partlayışından fərqli olacaq. "Allahın qəzəbi təzahür edəcək", - azərbaycanlı görücü diqqətə çatdırıb.

Ekstrasens Zirəddin Rzayev vurğulayıb ki, taleyi dəyişmək olmaz. Qurtuluşun əsasında yalnız xeyirxahlıq və iman dayanır. Gözəllik və pul günahkar bir ruhun cəzasını azaltmayacaq. Cəzamızın nə vaxt veriləcəyi isə məlum deyil.