Deputatlığa namizədə hücum edildi: avtomobili güllələndi

Ekvador Milli Assambleyasına namizədliyini irəli sürən solçu müxalifətçi siyasətçi Estefani Lukas Puente silahlı hücuma məruz qalıb.

Hadisə avqustun 10-da Los Rios əyalətinin Kevedo şəhərində baş verib. Ona atası və şirkət işçisi ilə birlikdə şəhərin mərkəzindəki Lions klubunun yaxınlığında maşın sürərkən hücum edilib.

Polisin məlumatına görə, naməlum şəxs avtomobilə yaxınlaşaraq odlu silah kimi görünən əşya ilə şüşəni vurub və maşını saxlamağı tələb edib. Puente sürəti artırmağa çalışdıqdan sonra hücum edən şəxs avtomobilə atəş açıb.

Qeyd edək ki, avqustun 9-da Ekvador prezidentliyinə namizəd Fernando Villavisensio paytaxt Kitoda keçirilən seçki mitinqindən sonra güllələnib. O aldığı güllə yaralarından vəfat edib.