Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri əməliyyat zamanı 28 yaşlı Hüseyn Cəfərov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, ondan ümumilikdə 10 kiloqram heroin, marixuana, metamfetamin və 100 ədəd metadon həbi aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.