Cəlilabadda ötən gün baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub.
Stopnarkotik.az xəbər verir ki, hadisə ötən gün axşam saatlarında rayonun Qarazəncir kəndində küçədə baş verib.
Belə ki, rayon sakini 1991-ci il təvəllüdlü Rəşad Aydın oğlu Aslanov aralarına yaranmış mübahisə zəminində həmkəndlisi 1985-ci il təvəllüdlü Şamo Şamil oğlu Əzimova çox saylı bıçaq xəsarətləri yetirərək sonuncunu qətlə yetirib.
Hadisədən sonra R. Aslanov vəfat etmiş Ş. Əzimova məxsus avtomobilə minərək hadisə yerindən uzaqlaşıb. Bu zaman o hərəkətsiz halda olan digər iki avtomobilə də zərər vurub.
Rəşad Aslanov polisə gələrək könüllü təslim olub.
Hadisəni törədən şəxs bir neçə il imiş ki, Rusiyada yaşayırmış. O, bir neçə gün öncə vətənə qayıdıb.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb.
*** 05/27/2023 - 20:06
Mayın 27-də, saat 18:30 radələrində Cəlilabad rayonu Əliqasımlı kəndində 1985-ci təvəllüdlü Əzimov Şamo Şamil oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan Stopnarkotik.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən, həmkəndlisi 1991-ci təvəllüdlü Aslanov Rəşad Aydın oğlu saxlanılıb. Cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib. O, könüllü polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.
Stopnarkotik.az