Cəbrayıl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində marixuana və metadon həbi aşkar edilərək götürülüb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Bildirilib ki, Cəbrayıl RPŞ-nin əməkdaşlarının məcburi köçkünlər üçün salınmış 3 saylı qəsəbə ərazisində keçirdiyi əməliyyat tədbirləri ilə Siyəzən rayon sakini, əvvəllər məhkum edilmiş Samir Hadıyevin sərnişin qismində əyləşdiyi avtomobil saxlanılıb. Avtomobildə aparılan müvafiq axtarış zamanı yük yerindən S.Hadıyevə məxsus 3 kiloqram 520 qram marixuana və 300 metadon həbi aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.