Ukraynalı müğənni Camala (Susana Camaladinova - red.) Rusiya Silahlı Qüvvələrinə qarşı saxta ittihamlarla bağlı qiyabi həbs edilib.
Stopnarkotik.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
"Camaladinova barəsində qiyabi həbs qətimkan tədbiri seçilib. Cinayət işi beynəlxalq axtarışda olan təqsirləndirilən şəxsin iştirakı olmadan mahiyyəti üzrə baxılması üçün Moskvanın Basmannı Rayon Məhkəməsinə göndəriləcək", - məlumata bildirilib.
İstintaqın məlumatına görə, Camaladinova 2022-ci il aprelin 4-də sosial şəbəkə hesabında Rusiya ordusunun xüsusi hərbi əməliyyatı zamanı bilərəkdən yalan məlumatlar yayıb.
Qeyd edək ki, Krım tatarı olan Camala "Avroviziya" mahnı müsabiqəsinin qalibidir.