Narkotikin burundan qəbul edilməsi geniş yayılmış, lakin son dərəcə travmatik üsuldur. Belə istifadə zamanı selikli qişanın daimi qıcıqlanması, burun qanamaları, burun çəpərinin eroziyası və infeksiyalara qarşı həssaslıq nəticələrdən yalnız bir neçəsidir.
Yüksək dozada naməlum narkotikin burundan qəbulu faciəvi bitə bilər. Çünki müasir narkotiklərin tərkibində kimyvi qatqılar üstünlük təşkil edir, istifadəçi isə bu kimyəvi qatqıların nə olduğundan bixəbər olur, çox vaxt da əhəmiyyət vermir. Məsələn, amfetaminlə qarışdırılmış qatqılar şirin dad verir, bu isə son dərəcə xoşagəlməz yan təsirə səbəb olur.
Mefedronun təsir müddəti 1, 5 saat, ekstazi və amfetaminin təsir müddəti 3-5 saat, alfanın təsir müddəti 14 saata qədər çəkir.
"Yelləncəklər" (nəfəsinə çəkmə-iyləmə-nəfəsinə çəkmə) selikli qişaya, badamcıqlara təsir edir, burun çəpərinin eroziya, tonzillit və stomatit riskini əmələ gətirir. Bu səbəbdən narkotik istifadəçilərinin əksəriyyətində dişlər çürüyür və yararsız vəziyyətə düşür.
Burunla narkotik qəbul edənlər spazmolitik ağrılara, allergiya, səpgi, göynəmə, burun və göz axıntısına, viruslara yoluxmalara, mədə-bağırsaq problemlərinə, ishala hazır olmalıdırlar. Üstəlik, taxikardiya və təzyiqə də.
Narkotik orqanizmin bütün sistemlərinə ciddi yük yaradır.
Əgər burun tutlubsa, ksilometazolin istifadə etmək olmaz, onlar tez təsir edir, lakin qısamüddətlidir, daimi istifadə asılılığa səbəb olur və burun qanaması riskini artırır. Narkotiki spirtlə qarışdırmaq olmaz: bu, qaraciyərə çox ağır yükdür. Həddindən artıq siqaret çəkmək damar spazmları, baş ağrısına və hətta damar yırtılmasına səbəb ola bilər.
Stopnarkotik.az