“Alkoqol istehsal edən bütün müəssisələr yoxlanılacaq”.
Bunu Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli yeni qanun layihəsinin icrası ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, müvafiq tələblərə cavab verən müəssisələr təsdiq olunacaq, cavab verməyənlər isə istehsaldan kənarlaşdırılacaq: “Təəssüf ki, bu sahədə ciddi pozuntular var. Saxta içkilər tez-tez aşkarlanır. Yaxın günlərdə bir sıra şadlıq saraylarında və iri ticarət şəbəkələrimizdə belə hallar aşkarlanmışdı və saxta məhsullar dövriyyədən çıxarılmışdı”.
Q.Təhməzli alkoqollu içkilər istehsal edən sahibkarlara səslənib: “Həmin məhsulların göstəriciləri standarta uyğun olmasa, faciəyə gətirib çıxara bilər. Onlar buna görə məsuliyyət daşıyırlar. Onlara müraciət edirəm ki, yalnız qeydiyyatdan keçmiş müəssisələrdə isehsal olunan alkoqollu içkilərin istehlakına şərait yaratsınlar”.