"Bu, beynəlxalq hüququn pozulmasıdır" - İran nüvə obyektlərinə hücumu TƏSDİQLƏDİ / YENİLƏNİB

Bunu İranın xarici işlər naziri Abbas Araqçi deyib.

"ABŞ, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq, BMT Nizamnaməsini, beynəlxalq hüququn normalarını və Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləni kobud şəkildə pozaraq, İranın dinc nüvə obyektlərinə hücum edib. Bu gün səhər baş verən hadisələr olduqca hiddətləndiricidir və uzunmüddətli nəticələrə səbəb olacaq.", - XİN rəhbəri bildirib.

O, həmçinin vurğulayıb ki, BMT-nin qanuni yolla özünümüdafiəsinə imkan verən Nizamnaməsinə uyğun olaraq, İran öz suverenliyini və milli maraqlarını müdafiə etmək hüququnu özündə saxlayır.

​​​​​​***08:16

İranın Atom Enerjisi Təşkilatı ölkənin nüvə obyektlərinə hücumları təsdiqləyib.

Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, bu haqda təşkilatın bəyanatında deyilir.

“İsfahan, Natanz və Fordodakı nüvə obyektləri düşmənin hücumuna məruz qalıb", - bəyanatda deyilir.

Təşkilat onu da bildirib ki, İranın nüvə obyektlərinə zərbələr beynəlxalq hüququn pozulmasıdır.