Özünü “Sinaloa” kartelinin üzvü kimi təqdm edən Meksikalı bloger Camilo Oçoa öldürülüb. Onun “Soy Camilo Ochoa” adlı YouTube kanalı var idi.
Sinaloada müharibənin başlaması ilə o, Los Çapitosun əsas “təbliğatçısı” oldu və onların qələbə hekayələrini təbliğ edib, El Mayonun adamlarına qarşı yönəlmiş, onların liderlərini və leytenantlarını açıq şəkildə təhqir edən və aşağılayan onlarla video çəkib, “Pollo Loco” restoran şəbəkəsi vasitəsilə pulların yuyulmasına kömək edib.
El Mayonun adamları onu çoxdan axtarırdılar və bir neçə dəfə onu hədələyirmişlər. Oçoa, “Los Chapitos” ilə əlaqələri səbəbiylə El Mayo narkofraksiyasının hədəfində olan Meksikalı ictimai xadimlərin "qara siyahı"sında idi.
Stopnarkotik.az