Ukrayna Rusiyanın hərbi aerodromlarına PUA hücumu həyata keçirib.
Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Bildirilib ki, kütləvi dron hücumu nəticəsində Rusiyanın Murmansk, İrkutsk, Ryazan və digər regionlarında yerləşən hərbi aerodromlarında 40 strateji hərbi təyyarəsi məhv edilib.
Ukrayna teleqram kanalları dron hücumunun və məhv edilən strateji bombardmançı təyyarələrin görüntülərini də yayıb.
Rusiya Müdafiə Nazirliyi hələ ki, Ukraynanın Rusiya hərbi aerodromlarına PUA hücumu barədə məlumatı təsdiqləməyib.
Bu arada isə, Ukraynanın Rusiyaya dron yağışının detalları məlum olub:
- Hücumda Ukrayna azı 472 dron istifadə edib
- İlkin hesablamaya görə Rusiyaya məxsus 4 aerodromda azı 41 təyyarə yararsız hala salınıb.
- İtkinin Rusiya üçün azı 2 milyard dollar olduğu bildirilir.
- Ukraynanın eyni zamanda Rusiyanın fərqli ərazilərində yerüstü əməliyyatlar keçirdiyi xəbərləri gəlir.
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski bazar ertəsi günü İstanbul görüşü təklif edir və orada olacağını bildirir.