Binəqədidə yük avtomobilindən oğurluq edən keçmiş məhbus ələ keçdi

Binəqədi qəsəbəsi ərazisində “Howo” markalı yük avtomobilinin 500 manat dəyərində 2 ədəd akkumulyatorunu oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 45 yaşlı Ə.Əhmədov saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, o, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yaxalanıb.

Faktla bağlı araşdırma aparılır.