Binəqədidə orta yaşlı kişi evdə bıçaqlanaraq öldürülüb.
Stopnarkotik.az xəbər verir ki, mayın 10-də saat 20:30 radələrində paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində evlərin birində 1965-ci il təvəllüdlü Abbasov Etibar Mehrac oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub saxlanılması istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcəkdir.