Samuxda bədbəxt hadisə baş verib.
Stopnarkotik.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Ziyadalı kəndində qeydə alınıb.
Kənd sakini 1982-ci il təvəllüdlü Y.Məmmədov evin dam örtüyünü təmir edən zaman yıxılıb. Kəllə-beyin travması alan 44 yaşlı kişi xəstəxanaya çatırılsa da, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.