Bakının iki rayonunda qaz kəsiləcək - XƏBƏRDARLIQ

Bu gün Bakının iki rayonunun bəzi ərazilərində qaz təchizatı dayandırılacaq.

Stopnarkotik.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, təmir-quraşdırma işlərinin aparılması məqsədilə saat 10:00-dan etibarən Sabunçu rayonu üzrə Maştağa (bir hissəsi) və Savalan qəsəbələrinin, Suraxanı rayonu üzrə isə Zığ kəndinin qaz təchizatında işlər yekunlaşanadək fasilə yaranacaq.