Bakının 4 rayonunda sel və daşqınlara görə istinad divarları tikiləcək

Bakının 4 rayonunda sel və daşqınların təhlükəsizliyi ilə əlaqədər istinad divarları tikiləcək.

Stopnarkotik.az-ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncama əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısı əlavə edilib.

Sərəncamda qeyd edilib ki, istinad divarları Suraxanı, Səbail, Binəqədi və Xətai rayonlarında tikiləcək.