Bakıda quldurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə. hadisə oktyabrın 9-da gecə saatlarında paytaxtın Nizami rayonu ərazisində baş verib. Bir nəfərin 300 manat pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlində şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş E.Heydərov, E.Adıgözəlov və A.Məmmədli müəyyən olunaraq saxlanılıb.