Bakıda mənzildən 62 min dollar oğurlayanlarla bağlı qərar verildi

Bakı Apellyasiya Məhkəməsində mənzildən oğurluq etməkdə təqsirləndirilən Camal Sultan və Ramiz Əliyevin barəsindəki hökmdən veriln apellyasiya şikayətinə baxılıb.

Stopnarkotik.az pravda.az-a istinadən xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əliyev isə 3 il müddətinə azadlıqdan məhrum edilib, digərinə şərti cəza verilib.

Qeyd: Hadisə ötən ilin mayında Xətai rayonunda qeydə alınıb. Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinə M.Hadi küçəsindəki mənzillərin birindən seyfdən 62 000 ABŞ dollarının oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Babək rayon sakini, əvvəllər məhkum olunmuş R.Əliyev və Bakı şəhər sakini C.Sultan müəyyən edilərək saxlanılıblar.

Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (Oğurluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.