Bakıda yaşayış binasında yanğın - TÜSTÜDƏN ZƏHƏRLƏNƏNLƏR VAR / VİDEO, YENİLƏNİB-2

Bakı şəhəri, Xətai rayonu, Xocalı 29 ünvanında yerləşən yaşayış binasında baş verən yanğında 7 nəfər zəhərlənib.

Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 7 nəfər (5 böyük, 2 uşaq) tüstüdən zəhərlənmə diaqnozu ilə Toksikologiya Mərkəzinə hospitalizasiya olunub.

***12:08

Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasının şaxtasında baş vermiş yanğın Fövqəladə Halar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

***11:54

Bakının Xətai rayonunda yaşayış binasında yanğın baş verib.

Yanğın Xocalı prospektində yaşayış binasının 6-cı mərtəbəsində yerləşən mənzildə qeydə alınıb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir, bina sakinləri təxliyə olunub.

***11:26

Bakının Xətai rayonunda yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.