Bakıda daha bir dəm qazı faciəsi: 61 yaşlı kişi öldü

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

Stopnarkotik.az xəbər verir ki, hadisə Qaradağ rayonu Sahil qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1965-ci il təvəlküdlü Şeydabəy Aydabəy oğlu Həsənbəyov yaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.
     
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.