Binəqədidə baş verən ağır yol-nəqliyyat hadisəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
DİN-in Mətbuat Xidmətindən Stopnarkotik.az-a bildirilib ki, “Opel” və “Ford” markalı avtomobillərin toqquşması nəticəsində “Opel”in sürücüsü 47 yaşlı Şahid Rəşidov hadisə yerində ölüb, sərnişini xəsarət alıb.
Qəzada “Ford”un sürücüsü və sərnişini də müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.